10 C
Baku
Wednesday, April 16, 2025

Mərkəzi Bank “Unibank”ı sistem əhəmiyyətli bank kimi tanıyıb

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyətdə olan sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb.

Banker.az xəbər verir ki, “UniBank KB” ASC 2025-ci il üzrə sistem əhəmiyyətli bank elan edilib.

Sistem əhəmiyyətli bank – maliyyə sistemində elə böyük rol oynayan bankdır ki, onun maliyyə sabitliyinin pozulması bütöv bank sektoruna və ümumilikdə iqtisadiyyata mənfi təsir göstərə bilər.

Bank üçün yaxşı tərəfləri nədir?

Əslində, sistem əhəmiyyətli olmaq bank üçün rəsmi olaraq bir üstünlük sayılmır, çünki bu status artıq məsuliyyət və əlavə tənzimləmə deməkdir. Amma dolayısı ilə bəzi müsbət tərəfləri var. Məsələn, etibar artır – müştərilər və investorlar bu banklara daha çox güvənir. Reputasiya güclənir – bank sektorda və ictimaiyyətdə daha nüfuzlu status qazanır. Dövlət və Mərkəzi Bank tərəfindən daha yaxından izlənilir – bu da risklərin vaxtında qarşısının alınmasına kömək edə bilər.

1 yanvar 2025-ci il tarixinə “Unibank”ın cəmi aktivlərinin həcmi 1.8 mlrd. manat, cəmi öhdəlikləri 1.6 mlrd. manat, cəmi kapitalı isə 167 mln. manat olub. Bank ötən il 354.6 mln. manat ümumi gəlirə qarşı 20.4 mln. manat xalis mənfəət əldə edib.

Bankın səhmlərinin 87.032%-i Eldar Qəribova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər