13 C
Baku
Sunday, November 24, 2024

Mərkəzi bank və onun funksiyaları

Mərkəzi Banklar bu gün istənilən inkişaf etmiş dövlətin maliyyə sistemində ən başlısa tərkib elementlərdən biri rolu oynayır, bu qurum ölkənin rəsmi pul-kredit siyasətinin bilavasitə həyata keçirən vasitəçi rolunda çıxış edir. Pul-kredit siyasəti özlüyündə əlbəttə ki, büdcə siyasəti ilə birlikdə, bütünlükdə ölkə iqtisadiyyatının dövlət səviyyəsində tənzimlənməsi üçün təməl qismində çıxış edə bilər. Məhz buna görə də Mərkəzi Bankın fəaliyyətinin effektiv aspektləri bütünlükdə bazar iqtisadiyyatının işinin effektiv təşkili üçün olduqca vacib şərt rolunu oynayır.

Ən birinci Mərkəzi Banklar təqribən 300 il bundan öncə meydana gəlməyə başladılar. Emissiya bankları sırasında isə ilkə imza atan İngiltərə Bankı olmuşdur. 1964-cü ildə yaradılan bu bank ilk dəfə dövriyyəyə banknotlar buraxaraq, eyni zamanda kommersiya veksellərini uçota qəbul etməyə başlamışdır.

Özünün bugünkü funksiyalarını və rolunu isə Mərkəzi Banklar ötən əsrdə qazanmağa başlamışdı, yəni həmin zamandan etibarən onlar bu gün hamının tanıdığı ümumi qəbul olunmuş mənanı kəsb edirlər. 1920-ci ildə Brüsseldə baş tutmuş Beynəlxalq maliyyə konfransında belə bir tövsiyə irəli sürüldü ki, Mərkəzi Bankları olmayan bir çox dövlətlər mütləq onları yaratmağa cəhd etməlidirlər. Bütün digər nüanslar ilə yanaşı bu konfransa qeyd edildi ki, bütün banklar, xüsusən də emissiya banklar hər cür siyasi təzyiqdən azad olmalıdır, belə ki, bu bankların idarə edilməsi müstəsna şəkildə maliyyə prinsipləri rəhbər tutularaq həyata keçirilməlidir.

Başlanğıcda belə bankları bir qayda olaraq emissiya bankları adlandırırdılar. Onları xüsusi səlahiyyətləri olan səhmdar cəmiyyətlər kimi təşkil edirdilər. “Mərkəzi Bank” termini isə daha böyük bank müəssisəni xarakterizə edirdi, sözsüz ki, o bilavasitə bank sisteminin tam mərkəzində dayanırdı. Az sonra belə banklar asta-asta müəyyən ixtisaslaşdırılmış funksiyaları monopoliya etməyə başlayır və dövlət inkişafının mərhələlərindən birində sadəcə milliləşdirilir. Amma buna baxmayaraq, ümumilikdə bir sıra dövlətlərdə Mərkəzi Bankların səhmdar statusu hələ də qorunub saxlanılıb. Nümunə üçün İtaliya bankını misal göstərmək olar, onun kapitalı sığorta kompaniyalarına və banklara, Amerika Birləşmiş Ştatlarında isə FES-in kapitalı onun üzvü olan banklara məxsusdur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Mərkəzi Bankların kapital mülkiyyəti qarışıq formada da ola bilər. Belə hallarda kapitalın bir hissəsi dövlətə, digər bir hissəsi isə fiziki və hüquqi şəxslərə məxsus olur.

Son xəbərlər
Digər xəbərlər