9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank və Palata bu xidmətləri satın alırlar (tender)

Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası tender elan ediblər.

Banker.az-ın qurumların Tender Komissiyalarına istinadən xəbərinə görə, tender ümumilikdə 7 lotüzrə keçirləcək.

AMB-nin tenderi:

Lot 1: Azərbaycan Respublikası Mərkəzi Bankının binalarında istismar müddəti başa çatmış qaz tipli avtomatik yanğınsöndürmə və yanğından ünvanlı xəbərvermə siqnalizasiya sistemlərinin yenilənməsi işlərinin satın alınması;

Lot 2: Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında təmir-bərpa işlərinin satın alınması.

Lot 3: nəqliyyatın izlənilməsi üçün GPS naviqasiya sisteminin satın alınması və tətbiqi. 

Lot 4: Mərkəzi Bankın 2 nömrəli Xəzinə saxlancının yerləşdiyi binanın, Biləsuvar və Yevlax ərazi idarələrinin daxili perimetr üzrə həyəcan siqnalizasiya sisteminin yenilənməsi.

Lot 5: Mərkəzi Bankın ərazi idarələrində buraxılış nəzarət sisteminin və video-müşahidə sistemlərinin yenilənməsi.

Lot 6: fövqəladə hallar zamanı mülki müdafiə tələblərinə cavab verən universal müdafiə və fərdi mühafizə vasitələrinin alınması.

Palata:

Lot 1. Palatanın şəbəkə infrastrukturunun və server otağının yenilənməsi

 

Son xəbərlər
Digər xəbərlər