20 C
Baku
Friday, May 3, 2024

Mərkəzi Bank valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradır

Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib. Bunu bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək.

Bundan başqa, informasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçiriləcək. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və digər əməliyyatları həyata keçirə bilər, müştərilər isə AMB-nin Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə biləcəklər.

Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər