Azərbaycan Mərkəzi Bankı tərəfindən ASC “Xalq” Bankına 07.05.2025-ci il tarixində investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməyə icazə verən İXB-01 nömrəli müddətsiz lisenziya verilib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildən etibarən banklar bu lisenziyaya sahib olma hüququ əldə edib.