13 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank xaricə milyardlıq “pul axınının” azalma səbəbini açıqlayıb

2021-ci ilin yanvar-sentyabr ayları üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6.9 $mlrd. təşkil edib. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə istinadən xəbər verir.

Xidmətlər balansının $4.3 mlrd-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, $2.6 mlrd-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 14% azalaraq $1.7 mlrd olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar idmətlər) kəsiri $1.3 mlrd (29.3% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə $462.9 mln (2.2 dəfə artma) olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 41.1%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri $2.8 mlrd olan nəqliyyat xidmətlərinin 60%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri $1.7 mlrd, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə $1.1 mlrd təşkil etmişdir.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 11.3%, idxalı isə 20.8% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin 9 ayında $0.2 mlrd olan profisit, 2021-ci ilin 9 ayında $0.6 mlrd-a yüksəlmişdir.

2021-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23.1% azalaraq 491.1 mln təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367.4 mln) ixracı ($123.7 mln) üstələməsi nəticəsində $243.7 mln həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $367.4 mln olub. Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.4 dəfə azalaraq 6 mln təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37.3% artaraq $668 mln olmuşdur

Son xəbərlər
Digər xəbərlər