“Azərbaycan Mərkəzi Bankı (AMB) xarici banklara məxsus plastik kartlar vasitəsi ilə Azərbaycan ərazisində ödənişlər zamanı yaranan problemin aradan qaldırılması üçün çalışır”.
Bunu açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, xarici banklara məxsus kartlar vasitəsi ilə Azərbaycanda onlayn xidmətlərin və biletlərin alınması ilə bağlı yaranan narahatlıq AMB-nin diqqətindədir:
“Hazırda bu məsələlərlə bağlı kommersiya bankları və digər aidiyyatı qurumlarla danışıqlar aparılır. Tezliklə bu məsələlərin həll olunmasına çalışırıq”.
©Report