Azərbaycan Mərkəzi Bankında istismarda olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin texniki və standart proqram təminatı platformalarının dəstəklənməsi üzrə tender elan edir.
Banker.az-ın xəbərinə görə, bu barədə AMB-nin açıqlamasında deyilir.
AMB Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) texniki platforması və standart proqram təminatına dəstək xidməti üzrə təchizatçının seçilməsi üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.