10 C
Baku
Saturday, November 16, 2024

Mərkəzi Bank xüsusi tənzimləmə rejimi ilə bağlı 21 müraciəti dəyərləndirir

Xüsusi tənzimləmə rejimində virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta sektoru və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı ümumilikdə 21 müraciət daxil olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin qiymətləndirilməsi həyata keçirilir.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər