“Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışacaq.”
Bunu açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.
Ekspert mövzu ilə bağlı bunları deyib: “Neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Digər tərəfdən İranın Qərb ilə münasibətlərinin yaxşılaşması neft bazarına həm iqtisadi, həm də psixoloji cəhətdən təsir göstərir. Neft bazarlarına çıxarılan məhsulların həcminin artmasına həm də təkliflərin yüksəlməsinə səbəb olur. Çin iqtisadiyyatında müşahidə edilən problem Çin milli valyutası olan yuanın devalvasiyası, eyni zamanda Çin səhm bazarında qiymətlərin aşağı düşməsi təlabatın azalmasına səbəb olacaq. Bu baxımdan neftin dünya bazarlarında qiymətinin növbəti dövrlərdə aşağı düşməsi gözlənilir.
Azərbaycan üçün neft həlledicdir. Azərbaycan neft ölkəsidir, ixracatının 95 faizi neftin payına düşür. Ötən müddətdə Azərbaycan ümumdaxili məhsulda neft sektorunda payının azalmasına, qeyri-neft sektorunda payının artmasına nail ola bilib. Amma yenə də xüsusi ilə ixracatda neftin payı çoxdur. Bununla yanaşı, baxmayaraq ki, neftin dünya bazarında qiyməti ölkəyə daxil olan məhsulların həcminə təsir göstərir və neftin dünya bazarında qiymətinin azalması son bir ildə neft satışından Azərbaycanın əldə etdikləri gəlirin 2, 3 dəfə azalmasına səbəb olub. Bu baxımından təbii ki, neftin dünya bazarında qiymətinin azalması ölkəyə daxil olan vəsaitlərin həcminin azalmasına səbəb olacaq. Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda devalvasiyaya getməsin. Yeni devalvasiya bank sektoruna, özəl biznesə mənfi təsir göstərəcək. Yeni devalvasiya banklarda problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq. Bu baxımdan Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışacaq. Yeni devalvasiya olacaqsa və bu, qaçılmaz olacaqsa bütün hallarda manatın məzənnəsinin aşağı düşmə faizinin nisbətən az olması vacibdir. Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışacaq ki, ilin sonuna qədər mövcud koridor daxilində məzənnəni qoruyub saxlasın amma neftin dünya bazarında qiymətində azalmalar davam edirsə o zaman 2016-cı ilin əvvəllərində yenidən yumşaq devalvasiyaya gedə bilər”.
Salamnews