6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank yeni 160 m hündürlükdə binanı tikəcək qalib şirkəti açıqlayıb

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının müfəssəl layihələndirilməsi və tikintisi üzrə işlərin satın alınmasına dair təkliflər sorğu üzrə qalib şirkəti açıqlanıb. Bunu AMB bu gün açıqlayıb.

Banker.az-n əldə etdiyi məlumata görə, AMB-nin Tender Komissiyası 25 dekabr 2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikasının “Tekfen Construction and Installation Co., Inc” (Tekfen İnşaat ve Tesisat A.Ş. ) şirkəti qalib elan edib.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Mərkəzi Bank ötən il verdiyi tender elanında bildirmişdi ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən  yeni ünvanda tikiləcəyini bildirmişdi. Hansı ki, bu prospektə SOCAR, ARDNF, Azersun, ASK Arena stadionu, Atletlər kəndi və s.  yeni inşa edilmiş tikililər vardır.

Qeyd edək ki, “Tekfen Construction and Installation Co., Inc”, müqavilənin təxminən 250 milyon ABŞ dolları olaraq qiymətləndirildiyi və müqavilənin imzalanmasından sonra yeni bir açıqlama veriləcəyi bildirilib.

Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında olan məlumata görə isə layihənin dəyəri 218 milyon avrodur.

merkezi bank
Mərkəzi Bankın Bül-bül küçəsindəki hazırda istifadə etdiyi bina.

Banker.az tenderdəki sənədlərə istinadən bildirir ki, binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq.

Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə, ofis sahələri olacaq.

Son xəbərlər
Digər xəbərlər