10 C
Baku
Wednesday, April 16, 2025

Mərkəzi Bank yeni normativin tətbiqini planlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqini planlaşdırıb.

Nunu mətbuat konfransında AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.

O bildirib ki, bu normativ “xalis sabit maliyyələşmə nisbəti”dir.

Ə.Məmmədyarov bu istiqamətdə araşdırmalar aparıldığını əlavə edib: “ Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşməsinin təşviq edilməsinə, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılmasına, bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər