Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.
Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
ƏVVƏLKİ:



![Mərkəzi Bank dövriyyəyə yeni qəpiklər buraxır [foto] 1 0fdafd242ec633a3bc8c77ee8](https://banker.az/wp-content/uploads/2023/09/0fdafd242ec633a3bc8c77ee8.png)
![Mərkəzi Bank dövriyyəyə yeni qəpiklər buraxır [foto] 2 http 95.86.135.60 bpictures picture71174](https://banker.az/wp-content/uploads/2023/09/http_95.86.135.60_bpictures_picture71174.jpg)




