6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank yeni texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində işlər aparır

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ildə Azərbaycanda QR-kodla ödəniş əməliyyatlarının keçirilməsinin tətbiqi, həmçinin M-Pos və NFC kimi yeni texnologiyaların ölkəyə gətirilməsi istiqamətində ciddi işlər aparır.

Bunu Bakıda keçirilən “Visa Cashless Forum”unda çıxış edən Azərbaycan Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, hazırda bəzi partnyor banklar müxtəlif bank məhsulları üzrə bu texnologiyalardan istifadə edə bilirlər.

“Ölkədə istifadəyə veriləcək Ani Ödənişlər Sisteminin çərçivəsində bütün əhaliyə və təsərrüfat subyektlərinə QR-kodla ödənişlərin həyata keçirilməsi imkanı qısa zamanda yaradılacaq. Layihənin ilkin mərhələsini məhz 2020-ci ilin birinci yarısının sonunda buraxılması və tam funksional əhatə dairəsinin genişləndirilməsi cari ilin sonuna planlaşdırılıb”, – deyə F. Osmanov qeyd edib.

©APA

Son xəbərlər
Digər xəbərlər