Azərbaycanda bank sektorunun xarici öhdəlikləri 2021-ci ilin noyabrında 91.3 mln. manat, yaxud 8.2% azalıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Bank sektorunun xarici öhdəlikləri 1 021.8 mln. manat təşkil etmişdir.
“Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklarla həyata keçirilən repo əməliyyatlarının həcmindəki azalma ilə əlaqədardır”- deyə, Mərkəzi Bank izah gətirir.
Qeyd edək ki, bir il öncə bankların öhdəlikləri 1 239.5 mln. manat idi. Bu da son bir ildə 16.29% azalma deməkdir.