Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə yerli bank olmayan kredit təşkilatlarına verdiyi kreditlərin həcmini azaldıb və daha çox az müddətli kreditlər verib.
Bu barədə Banker.az AMB-nin audit hesabatına istinadla xəbər verir.
1 yanvar 2021-ci il tarixinə BOKT-ların Mərkəzi Bankdan aldığı kreditlərin həcmi 20.01 mln. manatdır.
Bu isə 21% azalma deməkdir.
2021-ci ildə Mərkəzi Bank yerli BOKT-lara verdiyi kreditin 6.67 mln. manatı 6 aylıq, 13.34 mln. manatı isə bir ildən çox olan kreditlərdir.