17 C
Baku
Friday, October 18, 2024

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışını asanlaşdırıb

Azərbaycan Mərkəzi Bankı yubiley və xatirə pul nişanlarının satışını asanlaşdırıb.

Banker.az xəbər verir ki, Bankdan verilən məlumata görə, vətəndaşlar yubiley və xatirə pul nişanlarını kommersiya banklarından, Mərkəzi Bankın Bakı şəhəri və regionlarda fəaliyyət göstərən “Nağd pul ofisləri”ndən əldə edə bilər.

Xatırladaq ki, ötən ildən etibarən bu pul nişanların satışı elektron qaydada – Elektron Satış Sistemi üzərindən təşkil olunub. Bu Sistem vasitəsilə yubiley və xatirə pul nişanlarını real vaxt rejimində nağdsız qaydada əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər