Tərlan İzzət oğlu Rəsulov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
1985-ci ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsini, 2008-ci ildə həmin universitetin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respubikasının Mərkəzi Bankında Bazar əməliyyatları departamentinin Ehtiyatların idarə edilməsi şöbəsində kiçik diler vəzifəsilə başlamış, 2009-2016-ci illərdə həmin departamentin Risklərin idarə edilməsi şöbəsində kiçik analitik, analitik və böyük analitik vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2016- 2019-cu illərdə Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.