Mərkəzi Banka depozit yerləşdirmək istəyənlər çoxalıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

08.06.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 356,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

Xatırladaq ki, bu hərracda 200 mln. cəlb edilməsi planlaşdırılırdı.

Son xəbərlər
Digər xəbərlər