14 may 2026-cı il tarixində saat 10:00-da təkrar hərraca çıxarılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan daşınmaz əmlakların siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca Oğuz, Neftçala və Xaçmaz rayonlarında torpaq sahələri daxil olacaq.
Start qiymətləri 106 640 manatdan 2 688 237 manata qədərdir. Hər bir lot üçün iştirakçılardan 5% beh tələb olunur.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.
| S/N | Daşınmaz əmlakın növü | Daşınmaz əmlakın ünvanı | Sahəsi (ha) | Start qiyməti (manatla) | 5% beh (manatla) |
| 1 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 1,00 | 146762.68 | 7338.13 |
| 2 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 18,3169 | 2688237.32 | 134411.86 |
| 3 | Torpaq sahəsi | Neftçala rayonu, Astanlı kəndi | 56,00 | 481600 | 24080 |
| 4 | Torpaq sahəsi | Neftçala rayonu, Aşağı Surra kəndi | 50,00 | 430000 | 21500 |
| 5 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 12,40 | 106640 | 5332 |
| 6 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 50,00 | 430000 | 21500 |
| 7 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 62,60 | 538360 | 26918 |
| 8 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 0,70 | 273000 | 13650 |
| 9 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 1,40 | 546000 | 27300 |
| 10 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aslanoba kəndi | 2,368 | 923520 | 46176 |
Əlaqə: “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (daxili:1705,1706,1709));
Azərbaycan Respublikasının Mərkəzi Bankı, (tel:+994 12 493 11 22 (daxili: 8639, 8599)).





