Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifəsinə təyinat olub.
Banker.az-ın məlumatına görə, Tural İsmayılov Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə direktor təyin edilib.
O, 2024-cü ilin may ayından 2025-ci ilin mart ayına kimi Azərbaycan Mərkəzi Bankında direktor müavini olub. Tural İsmayılov 2012-2014-cü illərdə “NBC Bank”da Biznesin inkişafı direktoru, Strateji planlaşdırma və marketinq şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.
Tural İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndislik İqtisadiyyatı və İdarəetmə üzrə bakalavr təhsili, Xəzər Universitetində Biznesin idarə edilməsi üzrə magistr (MBA), Umeå Universitetində isə İdarəetmə və Marketinq üzrə magistr təhsili alıb.