Mərkəzi Bankda “Bank of New York Mellon”un nümayəndələri ilə görüş keçirilib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanda makroiqtisadi vəziyyət, habelə bank sektorunun inkişaf məsələləri müzakirə edilib.
Görüşdə həmçinin hər iki ölkənin maliyyə sistemləri arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.