17 C
Baku
Friday, October 31, 2025

Mərkəzi Bankda bank sektorunda yeni çağırışlar müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunda yeni çağırışlar müzakirə olunub.

Banker.az  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirib.

Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə bank sektorunun fəaliyyət nəticələri, sektorda müşahidə olunan son meyllər və yeni çağırışlar müzakirə olunub.

Həmçinin qarşıdakı dövr üçün bank sektorunda tənzimləmə və nəzarət sahəsində strateji hədəflər barədə məlumatlar təqdim edilib, eləcə də sektorun gündəmində olan digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

OEtkmIBFGDPgZGywS6zCfOwEjhmf8r97DCD1AW2h 1200

Son xəbərlər
Digər xəbərlər