9 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bankda nə dəyişiləcək? – Ekspert şərhi

Biliyimiz kimi, dünən Prezident İlham Əliyev Mərkəzi Bankın publik hüquqi şəxs edilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Bankın statusunun dəyişdirilməsi ilə bağlı ekspert Natiq Cəfərlidən şərh edib. İqtisadiyyatçı AMB-nin funksiyalarının dəyişdirilməsinin əsas iki səbəbinin ola biləcəyini söyləyib:

Natiq Ceferli 1
Natiq Cəfərli

“Birincisi, Mərkəzi Bankın son bir ildəki fəaliyyəti çox ciddi şəkildə tənqid hədəfi idi və AMB-nin banklara nəzarət etmə funksiyası tamamilə əlindən alınmışdı. Bu sahədə ciddi problemlər yaranırdı. Çünki devalvasiyalardan elə ən çox banklar əziyyət çəkir və bankların lisenziyalarının əlindən alınması, yaşanan problemlərdə AMB-nin zəif iştirak etməsi artıq bank sektorunda ciddi münaqişə ortamı yaratmışdı. Bu günə kimi mərkəzi bankın iki funksiyası vardı. Həm manatın manitar siyasətini həyata keçirirdi, yəni manatın dövriyyəsinə, məzənnəsinə nəzarət edirdi, həm də banklara nəzarəti həyata keçirirdi. İndi isə banklara nəzarət Mərkəzi Bankın əlindən tamamilə alındı. Sadəcə manitar siyasəti həyata keçirəcək. Banklara nəzarət isə yeni yaradılmış digər qurumun səlahiyyətinə verildi. Bununla da banklar arasındakı münaqişəyə son qoyuldu”.

N. Cəfərli ikinci səbəbin isə hökümət və dövlət orqanlarının bütün məsuliyyəti Mərkəzi Bankın üstünə atması ilə bağlı olduğunu qeyd edib:

“Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bu yaxınlarda verdiyi müsahibəsində Mərkəzi Bankın dövlət orqanı olmadığı, burada bir hüquqi boşluğun olduğu barədə açıqlama vermişdi. İndi aparılan kredit siyasətində yeganə məsul şəxs kimi bütün məsuliyyət Mərkəzi Bankın üstünə qoyulur.

Əslində, publik hüquqi şəxs statusunun verilməsi hüquqi cəhətdən normaldır və dünyanın bir çox ölkəsində bu praktikadan istifadə olunub. Belə məlum olur ki, bundan sonra pul, kredit siyasətində, məzənnədə hər hansı bir problemlərin olmasını hökumət öz üzərindən atmaq istəyir. Həm də bu gündən sonra manatın məzənnəsində azalmalar olduqda hökumət və dövlət qurumları Mərkəzi Bankı rahat şəkildə tənqid edə, hədəfə gətirə biləcək. Xülasə, hökumət özü ilə Mərkəzi Bank arasında bir sədd çəkdi və bundan sonra AMB-ni tənqid edənlər arasında hökumət nümayəndələrinin sayı xeyli artacaq”.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər