9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilmişdir (FOTOLAR)

Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilmişdir.

Qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilmişdir. Nəticədə 70 əməkdaşdan qan götürülmüşdür.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Son xəbərlər
Digər xəbərlər