Ayaz Nağıyev Azərbaycan Respublikası Mərkəzi Bankının Satınalmalar departamentinə direktor vəzifəsinə təyin edilib.
Banker.az-ın məlumatına görə, Ayaz Nağıyev 2023-cü ilin aprel ayından Mərkəzi Bankda fəaliyyətə başlamış və buna qədər İnzibati və Satınalmalar departamentinin direktor müavini olaraq fəaliyyətə göstərib.
Ayaz Nağıyev Mərkəzi Bankdan öncə Azersun Holding, Central National Gottesman Inc, PAŞA Bank ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib. Satınalmalar və idxal sahəsində 10 ildən çox yerli və beynəlxalq təcrübəyə malikdir.
Ayaz Nağıyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb və Almaniya Federativ Respublikasında yerləşən Marburg Universitetində magistr dərəcəsinə yiyələnib. 2007-2015-cı illər üzrə Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsüdür.