22 C
Baku
Saturday, June 21, 2025

Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nahid Rzayev Azərbaycan Mərkəzi Bankının Daxili audit departamentinin direktor müavini təyin edilib.

O, 2020-ci ilin iyun ayından bu təyinata kimi Mərkəzi Bankda audit şöbəsinin rəhbəri kimi çalışıb. 2025-ci ilin may ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin üzvüdür.

Nahid Rzayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr dərəcəsinə yiyələnib.

 

 

Son xəbərlər
Digər xəbərlər