26 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50100296S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 18 yerli bank tərəfindən qiyməti 99.5351(6.01%) olan 22 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 730 565 200 manat olmub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%) müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 300,000,000.00 manat təşkil edib.
Qaydalara görə, hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Notların ödəmə tarixi 23.02.2022-ci ildir.