7 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankdan 2005-ci ildən bu tərəfə ilk: Uçot faiz dərəcəsini işə salmaq üçün bu alətə ‘əl atır’

20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcək.

Banker.az xəbər verir ki, AMB sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçirilməsi ilə bağklı 1 sentyabrdan başkayareaq qərar qəbul etdi. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi, 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşir.

7 günlük repo əməliyyatı son dəfə 2005-ci ildə aparılıb. Əməliyyatın illik faiz dərəcəsi 9.17% olmaq həcmi təxminən 1 milyon manat təşkil etmişdi.

Requlyator bununala banklardan vəsaitləri yığmaqla infliyasiyanı zəiflətmək və eləcə də uçot faiz dərəcəsini işə salmaq istəyir.

AMB sabahkı hərracdan 100 milyon manat cəlb etməyi planlaşdırıb.

Repo qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-repo isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-repo tətbiqində məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır.

Xatırladaq ki, AMB notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və son həftələrə qədər hər həftə üçün 120 mln. manat (iki müddət üzrə hər biri 60 mln. manat olmaqla) həcmində notlar buraxır.

 

Repo hərracının parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Hərracın tarixi 20.12.2022
Hərrac vaxtı 10.30-11.00
Hərracın məbləği 100.000.000 manat
Repo müddəti 7 gün
Repo predmeti AZ2001008351
Repo predmetinin sayı 100.000.000 ədəd
Repo açılış qiyməti 1 manat
Faiz dəhlizi  6,26%-8,24%
Hesablama bazası 365 gün
Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində
Hərracın baş tutması üçün tələb olunan bank sayı ən azı 5 bank

 

Son xəbərlər
Digər xəbərlər