Azərbaycan 2016-cı ildə kiçik nağdsız hesablaşmalar zamanı birbaşa debetləşdirməyə, yəni bank hesablarından vəsaitlərin birbaşa silinməsinə keçəcək.
Bunu Azərbaycan Mərkəzi Bankının Ödənişlər sistemi və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, 2016-cı ilin I rübündə Azərbaycanın milli ödəniş sisteminin yaradılması üzrə işlə başa çatacaq.
V.Qurbanlı əlavə edib ki, bu il bankın təqdim etdiyi avtomatlaşdırılmış iş yerləri yeni platformalara keçiriləcək: “Tənzimləyici nazirlik yanında mərkəzləşdirilmiş informasiya bazası yaradıb. Bəzi təhsil müəssisələrinə isə avtomatlaşdırılmış iş yerləri təqdim edib”.
O, diqqətə çatdırıb ki, hazırda Vergilər Nazirliyi ilə birlikdə “Expressbank” və “Kapital Bank” tərəfindən terminalların quraşdırılması üzrə plan hazırlanır, həmin terminalların köməkliyi ilə vergiləri ödəmək mümkün olacaq.
Trend