Azərbaycan Mərkəzi Bankı “AFB Bank” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə qərar qəbul edib.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Bildirilir ki, “AFB Bank” ASC tərəfindən inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “AFB Bank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.





