2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankdan neftin ucuzlaşmasına dair açıqlama

2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranmışdır. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11%, qeyri-neft idxalı isə 33% artmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Xarici Şəraitlə” bağlı İdarə Heyətinin şərhində deyilir.

“2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir. Lakin, beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalmışdır. Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaqdır.” – deyə AMB-nin şərhində deyilir.

Qeyd edək ki, cari ili oktyabrın əvvəlində “Brent” neftinin qiyməti 86,30 dollar/brl həddinə qədər artımdan sonra kəskin düşərək hətta Bakı vaxtı ilə gecə saatlarında 49 dollar/brl səviyyəsinə qədər enib.

Son xəbərlər
Digər xəbərlər