9 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bankdan “üzən məzənnə”dən imtina ilə bağlı – Açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB)manatla bağlı 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.

Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.

Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyüllünün məhsulu olduğu bildirilib:

“Hazırda Mərkəzi Bankda “üzən məzənnə” sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər