16 C
Baku
Sunday, October 6, 2024

Mərkəzi Bankdan yenilik

17 sentyabr 2015-ci il, Bakı: Mərkəzi Bankın Mərkəzləşdirilmiş kredit reyestri (MKR) sistemində – “Veb servis”in istismara verilməsi ilə bağlı təqdimat keçirilmişdir.

Təqdimatda çıxış edən Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri Elçin Həbibov MKR sisteminin inkişafı ilə bağlı qarşıda duran hədəflər, eləcə də yeni texnologiyanın bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat vermişdir.

Qeyd edək ki, müvafiq texnologiya sorğu olunan məlumatların “sistemdən sistemə” oxuna bilən formatlarda ötürülməsi alətidir. Bu texnologiyanın tətbiqi MKR sistemi ilə kredit təşkilatlarının sistemləri arasında interfeyslər qurmağa, kredit reyestrində mövcud məlumatlardan daha səmərəli istifadəyə və informasiyanın sürətli axınına imkan verəcəkdir.

Sistem istifadəçiləri olan banklar və bank olmayan kredit təşkilatları müvafiq texnologiya vasitəsilə əldə etdikləri məlumatları müxtəlif proqram təminatları və biznes proseslərində istifadə edə biləcəklər.

Tədbirdə kredit təşkilatlarının informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin biznes prosesləri üzrə məsul əməkdaşlar iştirak etmişdir.

Son xəbərlər
Digər xəbərlər