Azərbaycan Mərkəzi Bankı “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.
Bunu Banker.az-ın sorğusuna AMB-nin baş direktoru Fərid Osmanov bildirib.
Fərid Osmanov bildirir ki, bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.
“Yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq” deyə o bildirir.
“Mir” Rusiya Mərkəzi Bankı tərəfindən 1 may 2017-ci ildə qəbul edilən qanunla qurulan beynəlxalq ödəmə sistemidir. Hazırda əksər Rusiya şirkətləri bu sistemlə çalışır.