Azərbaycan Mərkəzi Bankı “Smartit” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə lisenziyaların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 854 076 manatdır.
Qeyd edək ki, “Smartit” MMC 2015-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Qurban Zeynalovdur.