Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Banker.az xəbər verir ki, 14.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 552.8 mln. manat, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 200 mln. manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.01% təşkil etmişdir.