14 C
Baku
Sunday, November 24, 2024

Mərkəzi Bankın 2018-ci illə bağlı “çevik məzənnə” rejimi açıqlaması

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimi saxlayacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

Ümumilikdə qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin həcmi 2018-ci ildə valyuta bazarını əhəmiyyətli təmin etməlidir.Manatın məzənnəsinin ümumi trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır.Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tədbiq edilən valyuta nəzarətinin optimallaşdırıması da mühüm əhəmmiyətə malikdir.

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcəkdir.Bunun üçün Mərkəzi bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir.

Faiz dəhlizin parametrləri iqtisadi tsikl göstəriciləri , inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir.Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcəkdir.

Son xəbərlər
Digər xəbərlər