Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğuları elan edib.
Banker.az bu braədə AMB-yə istinadən xəbər verir.
Siyahı belədir:
1. AMB tərəfindən təqdim edilmiş “Maliyyə Savadlılığı” animasiyalarının “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarələrdə yerləşdirilməsi üçün sistemlərə uyğun texniki parametrlərə salınması işlərinin satın alınması.
2. AMB üçün təsərrüfat və azqiymətli malların satın alınması.
3. AMB-nin ofislərində Avtomatlaşdırılmış Telefon Stansiyalarına servis xidmətinin satın alınması.
4. AMB-nin binalarında istismar olunan mebel avadanlıqları və qapı-pəncərə-jalüz sistemləri üçün ehtiyat hissələrinin satın alınması.
5. AMB-də istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satın alınması.
6. AMB üçün printer və surətçıxarma aparatı kartriclərinin satın alınması.
7. AMB üçün dəftərxana və ofis ləvazimatlarının satın alınması.
İştirak haqqı 1-ci və 2-ci məsələlərin hər biri üzrə 50 manat, 3-cü, 5-ci və 7-ci məsələlərin hər biri üzrə 20 manat, 6-cı məsələ üzrə isə 30 manat təşkil edir. İştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
H/h: AZ42NABZ01452700000000009944
Kod: 501004
SWİFT: BIKNABZAZ2C
Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsini təsdiq edən sənədi təqdim edilməklə əlaqələndirici şəxsdən əldə etmək olar.
Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 23 yanvar 2018-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 24 yanvar 2018-ci il saat 10.00-da Mərkəzi Bankın Bakı şəhəri R.Behbudov küç. 90 ünvanında yerləşən inzibati binasında açılacaqdır.
Kotirovka sorğuları üzrə əlaəqləndirici şəxs – Elvin Şirdanov, telefon – 493 11 22 (daxili 428).