Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən Ani Ödənişlər Sistemi (Ani Pay) vasitəsi ilə ödənişlərin həcmi maksimum yeniləyib.
Banker.az MB-yə istinadən xəbər verir ki, 2021-ci ilin dekabrında 52 mln. manatlıq AÖS ilə əməliyyatlar aparılıb.
Bu da öncəki ayla müqayisədə 79% atım deməkdir.
Beləliklə, 2021-ci il ərzində 280 mln. manatlıq əməliyyat həyata keçirilib.
Qeyd edək ki, “Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır.