22 C
Baku
Monday, September 29, 2025

Mərkəzi Bankın “AniPay”i ilə ödənişlərinin həcmi tarixi rekord vurub

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi  və ya “AniPay” ilə ödənişlərin həcmi 2025-ci ilin ilk 8 ayında 1 milyard 243.4 milyon manata yüksəlib. Bu da indiyə qədər ilk 8 ay üçün ən yüksək göstəricidir.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 573.6 milyon manat və ya 86 faiz artımdır.

“AniPay” ilə təkcə avqust ayında 242 mln. manat ümumi köçürmələr həyata keçirilib.

Mərkəzi Bank bu ödəniş sistemini işə saldığı gün – 2021-ci ilin mayından 2025-ci ilin avqustuna qədər 4 milyard 547.9 milyon manata yüksəlib.

İndiyə qədər rekord ödəniş həcmi 2024-cü ilin oktyabrında qeydə alınıb. Həmin ay 414 millyon manatlıq ödəniş həyata keçib.

345534534543 scaled

AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”-də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”-yə inteqrasiya edilib.

Son xəbərlər
Digər xəbərlər