11 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzi akkreditə edilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Hökumət quruculuğu çərçivəsində həyata keçirdiyi ardıcıl tədbirlər davam etdirilir. Ölkədə bank-müştəri münasibətlərinin elektronlaşması məqsədilə Mərkəzi Bankın yaratdığı Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) qanunvericiliyə uyğun olaraq 2014-cü il oktyabrın 14-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunmuşdur.

BSXM-in akkreditə olunması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kommersiya banklarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaqdır.

Hazırda elektron sertifikatlatın verilməsi üzrə hazırlıq işləri gedir, o cümlədən normativ metodoloji baza hazırlanır, pilot banklar seçilir. Qeyd olunan bütün məsələlər tənzimləndikdən sonra bank və onların müştərilərinə sertifikatlar veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər