12 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankın baş direktoru kredit faizlərinin azalacağına ümid edir

Azərbaycanda kredit faizlərinin azalacağına ümid edirik.

Bunu AMB-nin baş direktoru Torğul Əliyev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin faizlərə transmissiyası baxımından banklararası pul bazarının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir: “Banklararası pul bazarının inkişafı nəticəsində ölkədə uçot dərəcəsinin transmissiyanın effektivliyinin artırılması istiqamətində digər amillər də nəzərə alınmaqla, məsələn, problemli kreditlərin həlli ilə bağlı müddətlər baxımından, mikro, kiçik və orta biznes subyektlərində olan çətinlikləri, onların maliyyə, korporativ idarəetmə ilə bağlı çətinlikləri həlli nəticəsində faizlərin azalma istiqamətdə dəyişəcəyinə ümid edirik. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində kredit faizlərini diqqət mərkəzində saxlayır”.

Mərkəzi Bankın baş direktoru əlavə edib ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aparılan layihələr çərçivəsində infrastruktur, hüquqi məhdudiyyətlər və digər məsələlərin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər