22 C
Baku
Thursday, October 10, 2024

Mərkəzi Bankın beynəlxalq ehtiyatları bir ayda 553 milyon dollar azalıb

Azərbaycan Mərkəzi Bankın beynəlxalq ehtiyatları bir ayda 553 milyon dollar azalıb.

AMB-nın 11 ayının nəticələrinə görə açıqladığı hesabatda noyabrın 14-ü üçün üçün beynəlxalq aktivlərin (valyuta ehtiyatı+qızıl+qiymətli kağızlar)17,192 milyard dollar təşkil etdiyi göstərilir. Oktyabrın 14-ü üçün isə bu rəqəm 17,745 milyard dollar olub. Doğrudur, ilin əvvəli isə müqayisədə AMB-nin aktivləri 2,4 milyard dollar artsa da, son dörd ayda azalma tendensiyası mühahidə edilir. Belə ki, son 4 ayda Mərkəzi Bankın aktivlərindəki itkinin həcmi 590 milyon dollara çatıb.

Qeyd edək ki, əsas azalmalardan biri valyuta ehtiyatlarında da müşahidə edilir. Son dörd ayda valyuta ehtiyaları 194 milyon dollar azalaraq 14,9 milyard dollara qədər düşüb.

Publika.az

Son xəbərlər
Digər xəbərlər