7 Sentyabr tarixində Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün dolların rəsmi məzənnəsi 1.0485 manat olub. Qeyd edək ki, 4 sentyabr tarixində manatın məzənnəsi 1.0486 manat təşkil edirdi.
Avrozonanın vahid valyutası isə bahalaşaraq 1.1687 manat olub.