Mərkəzi Bankın departament direktorlarından biri vəzifəsindən ayrılıb

Azərbaycan Mərkəzi Bankının departament direktorlarından biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Satınalmalar departamentinin direktoru Ayaz Nağıyev Vaqif oğludur.

Mərkəzi Bankının Satınalmalar departamenti mərkəzi aparatının struktur bölməsi olaraq fəaliyyət göstərir və əsas məqsədi bankın mal, iş və xidmətlərlə vaxtında və səmərəli təchizatını təmin etməkdir. Departament illik satınalma planının hazırlanması, bazar araşdırmalarının aparılması, satınalma prosedurlarının təşkili, müqavilələrin tərtibi, məlumat bazalarının yaradılması və hesabatların hazırlanması, eləcə də anbar işinin səmərəli aparılmasını təmin edir.

Ayaz Nağıyev 2024-cü ildən bu vəzifəyə AMB sədri Taleh Kazımovun əmri ilə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər