14 C
Baku
Saturday, October 19, 2024

Mərkəzi Bankın departament direktoru dəyişdi – təyinat

Azərbaycan Mərkəzi Bankının İstehlakçılarla iş departamentinə direktor təyin olunub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Murad Məmmədov müvafiq vəzifəyə təyin edilib. O, bu vəzifədə Xəyal Babayev Vəlixan oğlunu əvəz edib.

Məmmədov 2020-ci ilin yanvar ayından Mərkəzi Bankda çalışır.

Buna qədər M.Məmmədov yeni təyinatdan öncə İstehlakçılarla iş departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Bundan öncə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışıb.

Qeyd edək ki, bu departamentin fəaliyyətinin əsas məqsədi maliyyə xidmətləri sahəsində istehlakçıların və investorların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasını təmin etmək, ölkədə maliyyə sahəsi üzrə müasir bilik və bacarıqların formalaşması və yayılmasının səmərəli təşkilini həyata keçirməkdir. Strukturunda iki şöbə fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər