5 C
Baku
Monday, December 23, 2024

Mərkəzi Bankın diqqət yetirdiyi daha bir indeksi keçən ay yüksəlib

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi sentyabrda yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 0.4 faiz, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə 2.9 faiz, 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1.5 faiz təşkil etmişdir.

Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrini müəyyən edərkən də baza inflyasiyanı izləyirlər. Baza inflyasiyadakı dəyişikliklər uzunmüddətli qiymət artım meyllərini əks etdirdiyi üçün, pul siyasəti qərarlarını daha doğru şəkildə yönləndirir.

Avqustda orta illik baza inflyasiyası 2.4 faiz olmuşdu.

Qeyd edək ki, illik inflyasiya 1.3 faizdən 1.5 faizə yüksəlib. Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 4.4 faizdən 2.3 faizə düşüb.

23423423

İQİ- istehlak qiymətləri indeksi
İQBİ – istehlak qiymətlərinin baza indeksi

Son xəbərlər
Digər xəbərlər