29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının repo hərracı yekunlaşıb və orta gəlirlilik faizləri dünənki faiz endirimi şəraitində yüksəlib.
Banker.az xəbər verir ki, 7 günlük repo hərracında 100 mln. manatlıq nominal təklifə qarşı sifarişlər 59.45 mln. manat təşkil edib.
Tələbin aşağı olması isə orta faizləri 7.03%-ə qədər artırıb ki, bu martın ilk dekadasında repo hərracının göstəricisindən 0.28 faiz bəndi yuxarıdır. 7 martdakı hərracda 100 mln. manatlıq təklifə qarşı yerli institutlar 117.5 mln. manat sifarişlə çıxış etmişdilər.
Milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən AZIR indeksi dünən orta gəlirliliyi 1 günlük (1D AZIR) 6.52% təşkil edib. Banklar arasında 7 təminatsız kreditin həcmi 253 mln. manat olub. Bu bayramlardan öncəki 19 martdakı göstəricidən (6.51%) yuxarıdır.
Bu hadisə Azərbaycan Mərkəzi Bankının ötən gün ilin ikinci iclasından sonra faizləri azaltması ardından baş verir. AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 28 martda 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirib. Lakin faiz dəhlizinin aşağı həddinin (depozit faizi) isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
AMB dünən açıqlamasında bençmark depozit faizinin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət etdiyini deyib.
Repo hərracı barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Repo predmeti | AZ2001008351 |
Hərrac vaxtı | 11:00-11:30 |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 59,454,388 manat |
Reallaşdırılmış həcm | 59,454,388 manat |
Repo açılış qiyməti | 1 manat |
Repo predmetinin sayı | 100,000,000 ədəd |
Repo müddəti | 7 gün |
Minimal faiz | 6,85 % |
Maksimal faiz | 7,20 % |
Kəsmə faiz | 7,20 % |
Ortaçəkili faiz | 7,03 % |
Hərracda iştirak edən bank sayı | 4 |
Sifarişlərin sayı | 4 |