10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankın hərracına bankların tələbi kəskin artdı – 4 qat tələb

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Hərracda tələb təklifi kəskin üstələyib.

Bu barədə Banker.az requlyatorun press-relizinə istinadla xəbər verir.

24.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 662.7 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.26% təşkil edib.

Bu hərracda AMB 150 mln. manat cəlb etməyi hədəfləmişdi.

Son xəbərlər
Digər xəbərlər